13:59 05.05.2024 1485

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 36-cı turu çərçivəsində dünən "Vulverhempton" üzərində qələbədən (5:1) danışıb.

Fanat.Az xəbər verir ki, BBC təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:

“Rahat qələbə kimi görünür, amma elə deyil. Yekunda daha çox şans yaratdıq, lakin keçid epizodlarındakı son ötürmələrdə çatışmazlıq oldu. "Vulverhempton" çox yaxşı komandadır, lakin biz lazımi anda, xüsusən dördüncü qolda düzəlişlər etdik, çünki 3:1-də hər şey ola bilərdi.

Holandın yenidən sıraya dönüşü və vurduğu qollar sevindiricidi. Penaltilər öz yerində, amma ikinci və dördüncü qollar inanılmaz idi. Onun "Nottingem Forest"lə oynadığı 20 dəqiqə çox yaxşı idi, eləcə bu gün. O, zədəli olduğu müddətdə də biz qalib gəlirdik, lakin nə yaxşı ki, lazımi vaxtda qayıtdı. Erlinq və De Bröyne kənarda qalarkən, Foden və Alvares çox yaxşı oynadılar.

Əvəzetməyə Halandın reaksiyası? Bir az əsəbidir, amma mən onu başa düşürəm. O, hakimdən narazı idi. Uzun ötürmələrdə bəzən onu itələyir və ya dartılır. O da buna əsəbləşir.

Top fərqinə görə bizə titul düşməyəcək, ona görə heç-heçə oynaya bilmərik. "Arsenal" sabit oynayır. Üç oyun qalıb, ümid edirəm ki, birinci və ikincidə qalib gələcəyik, üçüncüdə isə taleyimiz öz əlimizdə olacaq”.

Qeyd edək ki, 36 turdan sonra "Arsenal" liderdir. Bir oyun az keçirən "Mançester Siti"nin hesabında isə 82 xal var.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X