"Fənərbağça"nın futbolçusu Fərdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "TeamTalk" yayıb.
Xəbərə görə, tərəflər artıq razılığa gəliblər. "Arsenal" İstanbul klubuna 35 milyon avroya qədər ödəyəcək. Bu transferi mövsümün sonunda tamamlamaq əzmində olan London təmsilçisi 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalamağı planlaşdırır.
Fərdi cari mövsüm "Fənərbağça" forması ilə 47 rəsmi maçta çıxaraq 3 qol və 5 məhsuldar ötürmə ilə komandasına töhfə verib.
Nahid Ustaclı