"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan "Bavariya"ya mümkün təyinatla bağlı suala qısa şərhlə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano fransız mütəxəssisin dediklərini belə çatdırıb:
“Gələcəkdə “Bayer”in baş məşqçisi olacağam? Yox! Sadəcə, onları "Real Madrid"lə oyununa baxacam. Ümid edirəm ki, Madrid qalib gələcək”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında yarımfinal mərhələsində üz-üzə gələn “Bayern Münhen”lə “Real Madrid” arasında cavab görüşü mayın 8-də Madriddə olacaq.