"Barselona"nın bu ilin yanvarında "Atletiko Paranaense"dən transfer etdiyi Vitor Rotenin agenti Andre Küri müştərisinin Kataloniya təmsilçisini tərk edə biləcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Matteo Moretto belə çatdırıb:
"Biz başqa klubların əvəzinə "Barsa"nı Rokenin bu komandada iki dəfə çox oynayacağını düşünərək seçmişik. İspaniya təmsilçisi onu saxlamaq istəməsə, satacaq. Vitorla maraqlananlar çoxdur. Yəni oynatmasalar, digər variantlar üzərində düşünəcəyik".
Xatırladaq ki, "Barselona" 19 yaşlı Rokenin transferi üçün sabiq klubuna 40 milyon avro ödəyib. Cari mövsüm 13 oyunda meydana çıxan gənc hücumçu 2 qol vurub.
Nihat