Qanunsuz dopinq istifadəsinə görə 4 il diskvalifikasiya edilən fransız futbolçu Pol Poqba filmdə rol alıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Mənbənin məlumatına görə, yarımmüdafiəçi “4 Sıfır” komediya filminin çəkilişlərində iştirak edib. Poqba gənc futbolçuları yetişdirən bir adam rolunu oynayıb. Ulduz futbolçu gələn ilin yazında ekranlara çıxacaq filmin iki səhnəsinə artıq çəkilib.
Xatırladaq ki, Poqba hələ də Turin “Yuventus”una məxsusdur. İtaliya çempionatının bu mövsümündə fransalı iki matçda meydana çıxmağa imkan tapıb.
Mirağa