"Beşiktaş"ın gənc ulduzu Semih Kılıçsoy karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "HITC Football" yayıb.
Xəbərə görə, türkiyəli forvard Britaniya nəhənglərinin diqqət mərkəzindədir. Xüsusilə Premyer Liqanın liderləri “Arsenal” və “Mançester Siti” 18 yaşlı hücumçunu ələ keçirmək üçün yarışa giriblər. "Beşiktaş" rəhbərliyi Semih Kılıçsoyu 25 milyon avrodan aşağı qiymətə satmaq istəmir. Bu qiymətdən aşağı təkliflər rədd ediləcək.
Qeyd edək ki, Semih cari mövsüm "Beşiktaş" forması ilə çıxdığı 31 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Bunlardan 10-u Super Liqada keçirdiyi 21 oyuna təsadüf edib.
Nahid Ustaclı