Bu ilin yanvarında "Roma"dan ayrılan Joze Mourinyu yenidən "Mançester Yunayted"in baş məşqçisi olmağı arzulayır.
Fanat.Az xəbər verir ki, məlumatı "Manchester Evening News" yayıb.
Mənbə portuqaliyalı məşqçinin ətrafındakı insanlara "Yunayted"i yenidən çalışdırmaq üçün Mançesterə piyada da yollanaram" dediyini, lakin "qırmızı şeytanlar"ın bosslarının onunla əməkdaşlıq etmək niyyətində olmadıqlarını bildirib.
Xatırladaq ki, Mour 2016-cı ilin mayından 2018-ci ilin dekabrına qədər MY-də işləyib. İngiltərə nəhəngi onun rəhbərliyi altında Avropa Liqasının və Liqa Kubokunun qalibi olub.
Nihat