Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv 2014-cü il Dünya Çempionatındakı qələbədən sonra keçirdiyi hissləri xatırlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "ARD Wir Weltmeister"-ə danışan alman mütəxəssisi belə deyib:
“Sözlə təsvir etmək çətindir. O an tək qalmaq istədim. Hər yerdə çox adam olduğu üçün tualetə qaçıb qapını bağladım. Anlamaq istəyirdim ki, bu, reallıqda baş verib, yoxsa yuxudur”.
Xatırladaq ki, DÇ-2014-ün final oyununda Almaniya yığması Argentina ilə qarşılaşıb. Əsas vaxt 0:0 hesabı ilə heç-heçə başa çatıb və əlavə vaxtda almanlar Mario Götzenin qolu sayəsində qələbə qazanıb.
Mirağa