PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan - dünən Parisdə Dortmund "Borussiya"sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Çempionlar Liqasının qalibi olmaq üçün vaxta ehtiyac var. Əminəm ki, PSJ bu uğurdan uzaqda deyil. Bu gün üzgün və kədərliyik".
Qeyd edək ki, tərəflərin ilk dueli də Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Fransa nəhəngini mübarizədən kənarlaşdıran "arılar" finalda "Real Madrid" - "Bayern Münhen" cütünün qalibi ilə qarşılaşacaqlar.
Nihat