PSJ-nin yarımmüdafiəçisi Vitinya komandasının Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki matçında Dortmund "Borussiya"sına məğlub olaraq (0:1, 0:1) finala çıxa bilməməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "L’Équipe" onun sözlərini belə çatdırıb:
"İndi danışmaq asan deyil. Biz turniri bütün gücümüzlə mübarizə apardığımızı anlayaraq tərk edirik. Azarkeşlərə minnətdaram, onlar möhtəşəm idilər. Biz yenə bacardığımızı ortaya qoyduq, amma təəssüf ki, uğur qazanmaq mümkün olmadı. Düşünürəm ki, bu, bizim üçün layihənin başlanğıcıdır. Ancaq hazırda nə deyəcəyimi bilmirəm".
Qeyd edək ki, Fransa nəhəngini mübarizədən kənarlaşdıran "Borussiya" "Uembli"də baş tutacaq finalda "Real Madrid" - "Bayern Münhen" cütünün qalibi ilə qarşılaşacaqlar.
Nihat