Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummels UEFA Çempionlar Liqasında (ÇL) unikal nəticəyə imza atıb.
Fanat.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu buna Fransada PSJ-yə qarşı keçirdikləri yarımfinal mərhələsinin cavab matçında komandasının yeganə qolunu vurmaqla nail olub.
Mats (35 yaş, 143 gün) turnirin pley-offunda fərqlənən ən yaşlı almaniyalı kimi tarixə düşüb.
Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda PSJ-yə 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib. "Arılar" "Uembli"də baş tutacaq həlledici görüşdə "Real Madrid" - "Bayern Münhen" cütünün qalibi ilə qarşılaşacaqlar.
Nihat