Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda Dortmund "Borussiya"sına uduzaraq (0:1, 0:1) mübarizəni dayandıran PSJ maraqlı antirekord müəyyənləşdirib.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, Paris klubunun turnirin cari mövsümündə ümumilikdə 14 zərbəsi tir və dirəklərə tuş gəlib.
Bunlardan 4-ü ÇL-in yarımfinal mərhələsinin Almaniya təmsilçisi ilə cavab qarşılaşmasında qeydə alınıb. Fransa nəhəngi bu rəqiblə iki görüşdə isə ümumilikdə 6 dəfə tir və dirəkləri nişan alıb.
Qeyd edək ki, "Borussiya" finalda "Real" - "Bayern Münhen" cütünün qalibi ilə qarşılaşacaq.