"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real Madrid"ə qarşı keçirəcəkləri cavab oyunu ərəfəsində rəqib komandanın formasını geyinən Toni Kroos barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı alman mütəxəssisin sözlərini belə çatdırıb:
"Toni illərdir ki, "Real"ın aparıcı futbolçusudur. Onun rolunu danmaq olmaz. Kroos təzyiqin öhdəsindən asanlıqla gəlir və oyunda xüsusi ritm yaratmağı bacarır. Biz buna hazırıq və onun komandasına mane olacağımıza ümidliyik. Ancaq təbii ki, biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq. Qarşımızda çətin tapşırıq var".
Qeyd edək ki, tərəflərin Almaniyadakı görüşü 2:2 hesablı bərabərliklə başa çatıb. Bu gün "Santyaqo Bernabeu"da baş tutacaq matçdan sonra sevinən tərəf finalda Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək.
Nihat