Bu gün "Santyaqo Bernabeu"da "Real Madrid"ə qarşı Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçına çıxacaq "Bayern Münhen"in qapıçısı Manuel Noyer oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Hər şey vacib gündə kimin daha yaxşı olacağından asılıdır. Birinci qol ən önəmlidir. "Real" kimi rəqiblə oyunda hər şeyi xırda detallar həll edə bilər. Hər iki komanda hücum planında güclüdür, amma tərəflər meydanın özlərinə aid hissəsində diqqətlı olmağa çalışacaqlar. Biz qorxmuruq. Özümüzə inanırıq və ilk oyunda necə oynadığımızı bilirik. Kimə qarşı oynadığımızın fərqindəyik. "Real"ı evdə məğlub etmək şansımız var idi, deməli, burada da olacaq".
Qeyd edək ki, tərəflərin "Alyans Arena"dakı ilk qarşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb. Cütün qalibi finalda Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək.
Nihat