"Bayern Münhen"in və İngiltərə yığmasının hücumçusu Harri Keyn komanda yoldaşı Camal Musiala barəsində maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, təcrübəli forvard "İTV Football"-a açıqlamasında yarızarafat-yarıciddi belə deyib:
“Biz Camalla İngiltərədə yox, Almaniya millisində oynamaq qərarına görə zarafat edirik. Təbii ki, o, İngiltərədə oynaya bilərdi. Əgər "Bayern"ə bir neçə il əvvəl gəlmiş olsaydım, onu İngiltərə millisində oynamağa inandıra, razı sala bilərdim. İstənilən halda, Camal tanınmış futbolçudur”.
Qeyd edək ki, Musiala Almaniyada anadan olub, lakin erkən yaşlarında valideynləri ilə birlikdə İngiltərəyə köçüb. O, İngiltərənin yeniyetmə və gənclərdən ibarət komandalarında oynayıb, lakin 2021-ci ildə əsas komandanı seçərkən Almaniyada çıxış etmək qərarına gəlib. 21 yaşlı Musiala Almaniya millisində ümumilikdə 27 oyuna çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə edib.