"Yuventus"un yarımmüdafiəçisi Filip Kostiç yayda klubunu dəyişəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Mənbənin məlumatına görə, təcrübəli futbolçu "Roma"nın maraq dairəsindədir. Kostiç paytaxt klubunun baş məşqçisi Daniele De Rossinin hücumu gücləndirmək yönündə əsas transfer hədəflərindən biridir. Futbolçu da Turin klubundan getməyə hazırdır. Onun potensial transfer məbləği 10-11 milyon avro qiymətləndirilir.
31 yaşlı yarımmüdafiəçi bu mövsüm "RYuventus"un heyətində bütün turnirlərdə 32 oyun keçirib və 4 məhsuldar ötürmə edib.