"Bayer Leverkuzen"in hücumameyilli yarımmüdafiəçisi Florian Virtsin hansı kluba keçməyə daha yaxın olduğu bəllidir.
Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, "Mançester Siti", "Arsenal" və "Bayern Münhen" kimi klubların da maraqlandığı istedadlı futbolçu "Real Madrid" variantına daha isti yanaşır.
"Kral klubu" Virtsə görə Leverkuzen təmsilçisinin müəyyənləşdirdiyi 150 milyon avronu ödəməyə hazırdır, ancaq madridlilər bu keçidi cari mövsümün donunda deyil, 2025-ci ilin yayında reallaşdırmaq istəyirlər. İspaniya nəhəngi Toni Kroosun parlaq çıxışını nəzərə alaraq Florianı yalnız onun gedişindən sonra komandaya cəlb etmək niyyətindədir.
Qeyd edək ki, 21 yaşlı Virts cari mövsüm "Bayer"in forması ilə bütün turnirlərdə 45 oyuna çıxaraq 18 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat