"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç komandasının Çempionlar Liqasının yarımfinal mərhələsində "Bayern Münhen"i mübarizədən kənarlaşdıraraq (2:2, 2:1) finala yüksəlməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, "Santyaqo Bernabeu"da dünən keçirilən cavab qarşılaşmasından sonra klubunun emblemini öpdüyü fotonu sosial şəbəkə hesabında paylaşaraq belə yazıb:
"Mən bu klubu necə də sevirəm!"
Xatırladaq ki, Modriç Madriddəki matçın 69-cu dəqiqəsində meydana çıxıb. "Real" finalda Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək.
Nihat