"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan - evdə bərabərə qaldıqları (2:2) "Real Madrid"ə İspaniyada 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları matçdan sonra hakim idarəçiliyindən şikayətlənib.
Fanat.Az xəbər verir ki, "Movistar" alman mütəxəssisin sözlərini belə çatdırıb:
"Real"ın geridönüşünü necə izah edə bilərik? Hakimlər öz işlərini görürlər. "Real"a qarşı heç vaxt belə səhv etməzlər".
Xatırladaq ki, oyunun sonlarında Yozua Kimmixin uzun ötürməsindən sonra Matteys de Liqt meydan sahiblərinin qapısına yol tapsa da, referi Şimon Martsinyak epizodun bitməsini gözləmədən ofsayd qeydə alıb.
Nihat