Qış transfer dönəmində "Atletiko Madrid"dən "Fənərbağça"ya icarə əsasında keçid edən Çağlar Söyüncü İstanbul klubundan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sabah" yayıb.
Mənbənin məlumatına görə, futbolçu Madrid nəhənginin düşərgəsinə qayıtmalı olacaq. İspaniya klubunun futbolçunun birdəfəlik transferi üçün 12 milyon avro tələb etməsi, eləcə də 27 yaşlı müdafiəçinin gözlənilən performansdan uzaq olması bu qərarda böyük rol oynayır.
Qeyd edək ki, Çağlar "Fənərbağça" forması ilə 13 rəsmi maçtda 829 dəqiqə meydanda olub.
Nahid Ustaclı