Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda heç-heçə etdiyi (2:2) "Real Madrid"ə dünən İspaniyada keçirilən cavab qarşılaşmasında uduzaraq (1:2) mübarizəni dayandıran "Bayern Münhen"in hakim səhvi üzündən finala yüksələ bilmədiyi sübuta yetirilib.
Fanat.Az xəbər verir ki, "BeIN Sports" polşalı referi Şimon Martsinyakın ofsayd qeydə alaraq "Bayern"in qolunu saymadığı epizodda Nussayr Mazrauinin oyundankənar vəziyyətdə olmadığını isbatlayan qrafik təsviri təqdim edib:
Xatırladaq ki, oyunun sonlarında Yozua Kimmixin uzun ötürməsindən sonra Matteys de Liqt meydan sahiblərinin qapısına yol tapsa da, referi Şimon Martsinyak epizodun bitməsini gözləmədən ofsayd qeydə alıb.
Nihat