"Çelsi"nin sabiq çalışdırıcısı Qrem Potter "Ayaks"ın baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Fanat.Az bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin məlumatına görə, niderlandlılar ingilis mütəxəssisi hazırladıqları yeni layihə üçün ən yaxşı variant hesab edirlər. Onun təyinatını bəzi təcrübəli oyunçular, o cümlədən Cordan Henderson da dəstəkləyir.
Bununla belə, Potteri əldə etmək asan olmayacaq. Onun təyinatında "Milan", "Feyenoord" və "Portu" da maraqlıdır. Bu baxımdan "Ayaks" ingilisi klub tarixində ən çox maaş alan məşqçi etməyə hazırdır.
Potter 2023-cü ilin aprelində "Çelsi"ni tərk edib və o vaxtdan işsizdir.
Mirağa