İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə yarışın rəsmi "X" hesabı məlumat yayıb.
Siyahıda 8 oyunçunun adı var. Bunlar Fil Foden, Erlinq Holand (hər ikisi "Mançester Siti"), Martin Edeqor, Deklan Rays (hər ikisi "Arsenal"), Aleksander İsak ("Nyukasl"), Koul Palmer ("Çelsi"), Vircil va Deyk ("Liverpul") və Oli Uotkinsdir ("Aston Villa").
Qeyd edək ki, qalib mayın 18-də açıqlanacaq.