"Barselona" 17 yaşlı müdafiəçisi Pau Kubarsi ilə müqavilə yeniləyib.
Fanat.Az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, o, müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
Kubarsinin yeni müqaviləsində sərbəstqalma məbləği də əksini tapıb - 500 milyon avro.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm La Liqada 15, İspaniya Kuboku və Çempionlar Liqasının hərəsində 3 matça çıxıb.
Nihat