Portuqaliyalı hücumçu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" komandası Səudiyyə Ərəbistanı çempionatının 31-ci turunda "Əl-Əhdud"u sınağa çəkib.
Fanat.Az xəbər verir ki, ulduz forvardın komandası rəqibini çətinliklə məğlub edib - 3:2.
Qollardan birinin müəllifi Ronaldu olub.
Beləliklə, o, bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında meydana çıxdığı 28 oyunda 33-cü qolunu vurub. Onun hesabında 10 məhsuldar ötürmə də var. 39 yaşlı portuqaliyalı son 8 ilin ən uğurlu mövsümünü yaşayır. Ronaldu Səudiyyə Ərəbistanı Liqasında bombardirdir və qol+pas sistemində də liderdir.
“Əl-Nəsr” turnir cədvəlində yalnız “Əl-Hilal”dan geri qalır.