Bu ilin yanvarında "Roma"nın baş məşqçi postunu tərk edən Joze Mourinyu "canavrlar"ı çalışdırdığı dönəmdə Portuqaliya millisinin "sükanı arxası"na keçmək təklifini geri çevirməklə səhvə yol verdiyini bildirib.
Fanat.Az-ın məlumatına görə, "A Bola" onün sözlərini belə çatdırıb:
"Ən normalı, dəvəti qəbul etməyim olardı. Bu, iki dəfə baş verdi, lakin dəvət uyğun olmayan vaxtda gəldi. Sonuncu dəvət zamanı emosiyalarımın ağlımı üstələməsinə icazə verdim və Romada qaldım. Bu, bir səhv idi. Portuqaliya hazırda dünyanın ən yaxşı komandalarından biridir. Hə, Portuqaliya seçməsi inanılmaz komandadır, bunu bilirəm, amma “Roma” və azarkeşlərlə böyük bağlılıq hiss etdim və məhz buna görə təklifi geri çevirdim. Üçüncü belə fürsət olsa, qaçırmayacam. Ümid edirəm ki, Portuqaliya millisinin gələcək nəsli də bu fürsət qədər yaxşı olacaq".
Nihat