"Burnum qırılıb. Ola Toyvonen 30-cu saniyədə dirsəyiylə burnumu qırdığı halda, hakim ona qırmızı vərəqə göstərmədi”. Bu sözləri "Sky Sports İtalia”ya açıqlamasında İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi deyib.
Arxa xətt oyunçusu DÇ-2018-in pley-offunun birinci görüşündə səfərdə İsveçdən aldıqları 0:1 hesablı yenilginin ardından hakim idarəçiliyindən şikayətlənib: "Daha xarakterli referi olsaydı, meydan sahiblərindən birini qovardı. İndi bizə cavab oyununun final fitinə qədər inanmaq və mübarizə aparmaq qalır”.
Qeyd edək ki, türkiyəli hakim Cüneyt Çakır Bonuççinin burnu sındığı epizodun ardından etiraza görə Markus Berqə "sarı” göstərib.
Fanat.Az