DÇ-2018-in seçmə mərhələsinin pley-offlarının cavab oyunları start götürüb. Fanat.Az xəbər verir ki, bu görüşlərin ardından Rusiyada gücünü sınayacaq daha iki komdandanın adı məlum olub.
İsveçrə yığmamızla eyni qrupda mübarizə aparmış və hər iki görüşdə (0:4, 0:1) təmsilçimizi üstələmiş Şimali İrlandiyanı qəbul edib. Birinci görüşdə 1:0 hesablı səfər qələbəsini bayram edən Vladimir Petkoviçin yetirmələri öz meydanında qolsuz heç-heçəyə sevinib və mundiala vəsiqəni rəsmiləşdirib
Xorvatiya da sürprizə imkan verməyib. Evdə 4:1 hesabıyla darmadağın etdiyi Yunanıstanla səfərdə qarşılaşan "damalılar” qonaq qismində "quru" bərabərliyə razılaşıb. 0:0 hesabı şərqi avropalıların qarşısına qoyduğu tapşırığın öhdəsindən gəlməsini şərtləndirib.
Fanat.Az