"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Çelsi" hücum xəttində Alvaro Morataya alternativ olacaq futbolçu transfer edir. Fanat.Az xəbər verir ki, London klubu "İnter"dən Mauro İkardini hədəfə alıb.
"The Sun"un iddiasına görə, "Çelsi"nin sabihi Roman Abramoviç klub tarixinin ən bahalı transferinə imza atmağa hazırlaşır. Rus milyarder bu futbolçunun alınması üçün 113 milyon avro ayırıb.
Qeyd edək ki, "İnter" İkardini 2013-cü ildə "Sampdoriya"dan 13 milyon avroya alıb. Hazırda "Transfermarkt" 24 yaşlı hücumçuya 50 milyon avro qiymət qoyub. Argentinalı futbolçu cari mövsümdə A Seriyasında keçirdiyi 12 oyunda 11 qol vurub.
Fanat.Az