Madrid "Real”ı Qaret Beyli bu yay satışa çıxaracaq.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, uelsli ulduzun satılmasıyla bağlı qərar tez-tez zədələndiyinə görə verilib. Belə ki, 2013-cü ildən İspaniya nəhənginin şərəfini qoruyan Beyl 19 dəfə sıradan çıxıb və klubunun o vaxtdan bəri keçirdiyi görüşlərin 55 faizində oynaya bilib.
Qeyd edək ki, uelslinin klubuyla olan müqaviləsinin müddəti 2022-ci ilə qədərdi.
Fanat.Az