Türkiyə futbolunda daha bir ilginc hadisə baş verib. Fanat.Az xəbər verir ki, klubun Divan Kurulunun üzvü öldükdən 2 il sonra bu vəzifəyə seçilib.
"Gənclərbirliyi" klubunun sabiq prezidentlərindən Osman Şefik İnanın oğlu professor Faiq Yüksel İnan 2015-ci ilin 10 mayında klubun konqressində Divan Kurulunun üzvü seçilib. Bundan bir müddət sonra - 2015-ci ilin 22 iyununda isə vəfat edib. Bir gün sonra "Gənclərbirliyi" klubu "Vəfat və Başsağlığı" başsağlığı ilə mesaj yayımlayıb. Mərhum 24 iyun 2015-ci ildə dəfn edilib.
Amma Faiq Yüksel İnanın adı vəfat etdikdən 2 il sonra Divan Kurulunun üzvləri arasında yer alıb. Klubun prezidenti İlhan Cavcav bu ilin 22 yanvarında vəfat etdiyindən 17 fevralda klubun konqressi keçirilib. Murat Cavcavın prezident seçildiyi konqressdə Faiq Yüksel İnanın adı Divan Kurulunun ehtiyat üzvləri sırasına yazılıb.
Əvvəllər "Gənclərbirliyi"nin prezidenti olmuş, hazırda Divan Kurulunun sədri olan Hasan Şengel bununla bağlı açıqlamasında "Allah rəhmət eləsin. Vəfatından sonra onun adını seçiləcək siyahıya salıblar, ehtiyat üzv seçilib. Klubun konqressi İnanın ölümündən sonra keçirilib. Siyahını görməmişik. Təəssüf ki, heç kim fikir verməyib. Hələ də siyahıda ehtiyat üzv olaraq qalır" deyib.
Fanat.Az