"Liverpul"un 31 yaşlı müdafiəçisi Deyan Lovren "Zenit"ə keçməyə çox yaxındı.
Fanat.Az xəbər verir ki, məlumatı "championat.com" yayıb.
Mənbə Lovrenin Sankt-Peterburq klubuna azad agent qismində keçəcəyini də vurğulayıb. Arxa xətt oyunçusunun "Liverpul"la müqaviləsinin müddəti 2021-ci ilin yayına qədər olsa da, klubunun ona güzəştə gedəcəyi bildirilib.
D.Lovren "Liverpul"a 2014-cü ildə "Sauthempton"dan keçib. "Qırmızılar"a 25,3 milyon avroya başa gələn oyunçu o vaxtdan əsas heyət üzvü sayılır.
Xorvat müdafiəçi son mövsümdə çıxdığı 10 çempionat oyununda (bunların 9-da start heyətdə yer alıb) bir məhsuldar ötürmə verib və eyni sayda "sarı" alıb.
Fanat.Az