Tyerri Anri Belçika millisinin baş məşqçisinin köməkçisi postunu tərk edib.
Fanat.Az "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, komanda AVRO-2020-nin 1/4 finalında İtaliyaya uduzaraq mübarizəni dayandırandan sonra sabiq hücumçu işiylə vidalaşmağa qərar verib.
Anri Belçika yığmasında çalışdığı üçün aldığı bütün pulları xeyriyyə fondlarından birinə bağışlayacaq.
Qeyd edək ki, mayın sonunda yığmaya qoşulan eks forvard daha öncə 2016-2018 aralığında da Belçika seçməsində eyni funksiyanı yerinə yetirmişdi.
Atilla