"Çelsi" klubunun texniki sponsoru "Nike" sözügedən İngiltərə təmsilçisi ilə əməkdaşlığa son qoymaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbə idman geyimləri hazırlayan ABŞ şirkətinin sponsorluqdan imtinası üzündən "zadəganlar"ın 600 milyon avro itirəcəyini vurğulayıb.
2016-cı ildə "Çelsi" ilə 15 ili əhatə edən, 1 milyard avroluq müqavilə bağlayan "Nike" indiyədək qarşı tərəfə 400 milyon ödəyib.
Daha öncə klubun titul sponsoru "Three" teleşirkətinin londonlularla olan müqaviləsini pozduğu, "Hyundai" şirkətinin isə vəziyyəti götür-qoy etdiyi bəlli olmuşdu.
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra "Çelsi"nin sahibi Roman Abramoviçin Böyük Britaniya ərazisində yaşamasına və işləməsinə qadağa qoyulub. Yəhudi əsilli rusiyalı iş adamının London klubu da daxil olmaqla, Britaniyadakı bütün səhmləri dondurulub. Abramoviçə qoyulan sanksiyalar üzündən o, "Çelsi"nin səhmlərini sata da bilmir.
Nihat