"Yuventus" Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra məşqçilər korpusunu dəyişə bilər.
Fanat.Az "Sky Sports İtalia" saytına istinadən xəbər verir ki, klub rəhbərliyi mövsümün sonunda Massimiliano Alleqrinin məşqçilər korpusunun bəzi üzvlərini dəyişdirəcək.
Mənbə həm də qeyd edir ki, rəhbərlik Alleqrini qovmağı planlaşdırmır.