08:00 09.06.2022 625

Kişi komandalarını çalışdıran qadınları tanıyaq - FOTOLAR

Bu gün dünyada qadın futbolu fəal şəkildə inkişaf edir və kişi komandalarının rəhbərliyində zərif cinsin nümayəndələri getdikcə daha çox yer alır. Bu idman növünün yalnız kişilərə məxsus olması ilə bağlı stereotip tədricən məhv edilir.

Fanat.Az futbolda kişi komandalarını çalışdıran bir neçə tanınmış qadın mütəxəssisləri təqdim edir:

Tiana Nemçiç

Futbolda iz qoyan qadınlardan biri xorvatiyalı gözəlçə Tiana Nemçiçdir. Nemçiç 10 il peşəkar futbol oynayıb. O,  “Aqram” və Zaqreb “Dinamo”sunda çıxış edib. Bundan əlavə, Xorvatiyanın qadınlardan ibarət millisində beş rəsmi oyun keçirib. Dizindən möhkəm zədə aldıqdan sonra Nemçiç futbolçu karyerasını bitirib.

 

2012-ci ildə, futbolçu karyerasını başa vurduqdan sonra Tiana Zaqreb Universitetini bədən tərbiyəsi və idman ixtisası üzrə bitirib. Vitkovats şəhərinin "Viktoriya" kişi futbol klubunun rəhbərliyi Nemçiçin təcrübəsini və peşəkarlığını yüksək qiymətləndirərək onu komandaya baş məşqçi vəzifəsinə dəvət edib.

İmke Vubbenhorst

30 yaşlı İmke Vubbenhorst Almaniyada kişi futbolunda ilk qadın baş məşqçi olub. 2018-ci ildə o, Almaniyanın dördüncü divizionundan olan "BV Kloppenburq" klubuna rəhbərlik edib. İmke buna qədər klubun qadınlardan ibarət komandasını çalışdırıb. 2004-cü ildən Almaniyanın qadınlardan ibarət milli komandasına çağırılan İmke 2008-ci ilə qədər 25 qol vurmağı bacarıb.

O, ilk dəfə kişilərdən ibarət komandanın baş məşqçisi təyin olunan zaman Almaniyanın "Welat" nəşrinin müxbiri xanım məşqçiyə təxribat xarakterli belə bir sual verib: "Vubbenhorst soyunub-geyinmə otağına girməzdən əvvəl oyunçuları çılpaq görməmək üçün xəbərdarlıq edirmi?" Jurnalist yəqin ki, bu yolla onunla zarafat etmək istəyib. Amma bunu etmək o qədər də asan olmayıb. O, təxribata reaksiya verməyərək sakitcə belə cavab cavab verib: “Əlbəttə ki, yox. Mən peşəkar futbol mütəxəssisiyəm. Heyəti onların bədən quruluşuna uyğun qururam".

Natali Henderson

Natali uşaqlıqdan futbolu sevsə də, oyunçu olmaq arzusunda deyildi. O, bədən tərbiyəsi müəllimi olmaq istəyirdi.

Henderson 16 yaşında ikən ilk məşqçi sertifikatını alıb. 20 yaşında doğma şəhərində "Nyukasl Yunayted"də məşqçi kimi işləməyə başlayır və başa düşür ki, həyatının qalan hissəsi üçün bunu etmək istəyir.

2018-ci ildə Henderson İngiltərə Premyer Liqasının məşqçiləri üçün elit təlim proqramını tamamlayıb. Hazırda o, "Nyukasl Yunayted"in gələcək ulduzlarını - 12 yaşa qədər oğlanları məşq etdirir. 

Maha Canud

35 yaşlı Maha Canud Yaxın Şərqdə ilk və yeganə qadın olaraq kişilərin futbol məşqçisidir. İndi o, Dəməşqin (Suriya) olan "Əl-Muhafaza" futbolçularını məşq etdirir. Canud özü məşqçi olmamışdan əvvəl bu klubun qadınlardan ibarət komandasında çıxış edib və Suriyanın qadınlardan ibarət milli komandasına çağırılıb. Təcrübəsi və təhsili sayəsində Maha dünyanın istənilən ölkəsində məşqçi işləyə bilərdi, lakin o, qalıb milli futbolu inkişaf etdirməyə qərar verib.

Məşqçi özünə və ambisiyalarına arxayındırsa, onun kişi və ya qadın olmasının heç bir əhəmiyyəti olmur. 

Sadaladığımız qadınlar bir daha sübut edirlər ki, qadınlar özlərini təkcə meydanda deyil, məşqçilər korpusunda da sübut edə bilirlər.

İdman hamı üçündür və bizi birləşdirən də budur.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X