"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola "Barselona" ilə 5 illik yeni müqavilə bağlamaq istədiyi deyilən 17 yaşlı Qavi barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Mirror" onun söylədiklərini belə çatdırıb:
"Qavi Ansu Fati və Pedri kimi fantastik oyunçudur. Belə futbolçuların ortaya çıxması "Barselona"nın akademiyasının effektli fəaliyyətindən xəbər verir".
Qeyd edək ki, son mövsümdə Kataloniya təmsilçisinin formasıyla 47 matça çıxan gənc orta xətt oyunçusu 2 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "blauqrana" ilə olan indiki anlaşmasının müddəti gələn ilin 30 iyun tarixində başa çatacaq.
Nihat