"Yuventus" Donetsk "Şaxtyor"unun hücumçusu David Neresi heyətinə qatmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.
Mənbə Turin klubunun artıq 25 yaşlı braziliyalının transferi ilə bağlı Donetsk təmsilçisi ilə danışıqlara başladığını bildirib. Xəbərdə "Yuve" rəhbərliyinin Rusiyanın Ukraynaya hücumu üzündən yaranmış vəziyyətə görə forvardı münasib qiymətə almağa yaxın olduğu vurğulanıb.
Neres "Şaxtyor"a bu ilin yanvarında "Ayaks"dan transfer olunub və müddəti 2026-cı ilin dekabrına qədər olan müqaviləyə imza atıb.
Nihat