"Bayern Münhen"in sabiq müdafiəçisi Samuel Kuffur oğluna qeyri-adi ad verib.
Fanat.Az-ın "Goal"a istinadən məlumatına görə, qanalı veteran yeni doğulan övladının adını Münhen qoyub.
Xatırladaq ki, Kuffur 1993-2005-ci illər aralığında "Bayern"in formasını geyinib. O, Münhen təmsilçisi ilə 6 dəfə Almaniya Bundesliqasının, 4 dəfə Almaniya Liqa Kubokunun, 4 dəfə Almaniya Kubokunun, UEFA Kubokunun, Çempionlar Liqasının və Qitələrarası Kubokun qalibi olub.
Nihat