"Mançester Siti" portuqaliyalı yarımmüdafiəçisi Bernardu Silvanı satmağa hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Espana" yayıb.
Mənbə "şəhərlilər"in Silvanın xidmətində maraqlı olan "Barselona"dan bu transferə görə 94 milyon avro istədiyini açıqlayıb. İngiltərə klubu qiymət məsələsində güzəşt etməyəcəyi halda, Kataloniya təmsilçisinin digər variantlar barədə düşünməli olacağı vurğulanıb.
Daha öncə "Barsa"nın baş məşqçisi Xavinin sözügedən futbolçunun komandaya cəlb edilməsini prioritet hədəf saydığı barədə xəbərlər yayılmışdı.
"Mançester Siti" Silvanı 2017-ci ildə, 50 milyon qarşılığında "Monako"dan alıb. Mançester təmsilçisi ilə olan müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq orta xətt oyunçusu son mövsümdə bütün turnirlərdə 50 matça çıxıb. Bu oyunlarda 13 qol vuran Bernardu 7 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat