Tezliklə PSJ-nin baş məşqçi postundan ayrılacaq Maurisio Poçettino artıq gələcəklə bağlı planlar qurmağa başlayıb.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, argentinalı mütəxəssis İngiltərə Premyer Liqasına qayıda bilər.
Mənbə Poçettinonun İPL-in top-klublarından birinə rəhbərlik etmək niyyətində olduğunu iddia edib. Ancaq o, əvvəlcə karyerasına qısa fasilə vermək niyyətindədir.
Əvvəllər İngiltərədə çalışan Poçettino “Tottenhem”in baş məşqçisi olub.
50 yaşlı mütəxəssis 2021-ci ilin yanvarından PSJ-ni çalışdırır. O, parislilərlə çempionluq, kubok və Fransa Superkubokunu qazanıb.
Mirağa