"Liverpul" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi "Benfika"nın ulduz hücumçusu Darvin Nunyesi heyətinə qatıb.
Artıq Portuqaliya təmsilçisinin rəsmi saytı Nunyesin "Liverpul"a satıldığını, bu transferin qarşı tərəfə təxminən 100 milyon avroya başa gələcəyini açıqlayıb. Belə ki, uruqvaylı futbolçunun transfer hüquqlarına yiyələnmək üçün 75 milyon ödəyən ingilislərin rəsmi müqavilə imzalanan zaman müxtəlif başqa ödənişlər də edəcəyi vurğulanıb.
Nunyes Lissabon klubuna 2020-ci ilin sentyabrında keçib. Cənubi amerikalı hücumçu ötən mövsüm bütün turnirlərdə 41 matça çıxaraq 34 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat