"Barselona" heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Mənbə Kataloniya təmsilçisinin "Qranada"nın qolkiperi Luiş Maşimianuya elçi düşdüyünü açıqlayıb. Xəbərə görə, "Barsa"nın baş məşqçisi Xavi komandasının ikinci qapıçısı Netonun iş yerini dəyişmək ehtimalını nəzərə alaraq bu transferin reallaşmasını istəyir.
"Qranada" elita ilə vidalaşdığı üçün Maşimianunun transfer qiyməti iki dəfə aşağı enib və "Barselona" 23 yaşlı "çərçivə" qoruyucusunu 12,5 milyon avroya almağı planlaşdırır.
Maşimianu "Qranada"ya ötən ilin yayında Lissabon "Sportinq"indən keçib. Portuqaliya klubuna bu keçidə görə 4,5 milyon avro ödənilib.
Nihat