İtaliyanın "Napoli" klubu London "Arsenal"ının komandanın hücumçusu Viktor Osimhen üçün göndərdiyi təklifi geri çevirib.
Fanat.Az "The Boot Room"a istinadən xəbər verir ki, ingilislərin təklif etdiyi 60 milyon avro Neapol təmsilçisinin idarəçilərini razı salmayıb.
Xəbərə görə, "Napoli" Nigeriya millisinin forvardını 100 milyona satmaq niyyətindədir.
Qeyd edək ki, Osimhen 2021/2022 mövsümündə bütün turnirlərdə 32 matça çıxaraq 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İtaliya klubu ilə olan müqaviləsinin müddəti 2025-ci ilin iyun ayına qədərdir.
Nihat