Rusiya Premyer Liqasının qalibi "Zenit" üçün forma Qırğızıstan şirkəti olan "Bigser Sport" idman moda evi tərəfindən tikiləcək.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiya-Qırğızıstan İnkişaf Fondunun idarə heyətinin sədri Artyom Novikov bu ölkədə keçirilən beynəlxalq biznes tədbirində bildirib.
Bununla bağlı "Bigser Sport" və "Zenit" klubu arasında müqavilə imzalanıb.
Novikov çıxışında bunları deyib: “İndi Qırğızıstan şirkəti rusiyalı futbolçular üçün forma tikəcək. Əminik ki, ölkəmizin ixrac potensialı qonşularımızdan, hətta Avropa dövlətlərindən də geri qalmır. Ona görə də Rusiya klubları bu gün səmərəli əməkdaşlıq üçün etibarlı tərəfdaşla anlaşma imzalayıb".
Mirağa