"Montsa"nın baş direktoru Adriano Qalliani İngiltərə Premyer Liqa (İPL) klubların olmadığı Superliqanın yaradılması təklifi ilə çıxış edib.
Fanat.Az xəbər verir ki, "Tuttosport" məşhur funksionerdən sitat təqdim edib:
"Premyer Liqa klubları A Seriyası təmsilçilərindən dörd dəfə çox qazanır. "Montsa" televiziya hüququ üçün 33 milyon avro alacaq. Halbuki, İngiltərədə Premyer Liqaya yeni yüksələn klub 160 milyon avro alır. Belədə "Nottingem Forest" ilə necə rəqabət apara bilərik? Qlobal iqtisadiyyatda bu tendensiyanın qarşısını necə almaq olar? Breksit futbolda da olmalıdır. İngilislərsiz bu, əsl Avropa yarışı olar".
Xatırladaq ki, 2021-ci ilin aprelində 12 Avropa klubu Avropa Superliqasının yaradıldığını elan etmişdi. Lakin iki gün sonra bir neçə komanda turniri tərk etdi və layihə həyata keçmədi.
Mirağa