"Qalatasaray"la 2024-cü ilə qədər müqaviləsi olan Fernando Muslera ilə bağlı gözlənilməz iddia ortaya atılıb.
Fanat.Az xəbər verir ki, 11 ildir "sarı-qırmızılar"ın qapısını qapısını qoruyan 36 yaşlı əlcək sahibi üçün İstanbul macərası sona çata bilər.
İtaliyalı jurnalist Matteo Moretto bu iddia ilə çıxış edib. O, ötən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən "Barselona"lı İnaki Penanın mövsümün sonunda müddəti bitəcək müqaviləni yeniləməyəcəyini yazıb.
Xəbərə görə, "Qalatasaray" 23 yaşlı qapıçı üçün hərəkətə keçib və Fernando Musleranın yerinə "çərçivə"ni İnaki Penaya həvalə etməyi düşünür.
Mirağa