Almaniya Regional Liqasında çıxış edən "Hempi Layptsiq"in futbolçusu Denis Yepel oyun vaxtı başını beton səddə vurub.
Fanat.Az xəbər verir ki, olay "Kemnitser"lə matçda qeydə alınıb.
Yepel hücumların birində özünü saxlaya bilməyib və divara çırpılıb. Dərhal ibbi yardım alan oyunçunun həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, oyun "Hempi Leyptsiq"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.