13:49 01.10.2020 1200

Azərbaycan paralimpiya çempionları dünya ictimaiyyətinə müraciət etdi

Azərbaycanın paralimpiya çempionları son vaxtlar cəbhədə baş verən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Fanat.Az xəbər verir ki, müraciətdə beynəlxalq ictimaiyyət Ermənistanın növbəti təxribatlarına susmamağa çağırılıb.

"Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı yenidən hücuma başlayıb. Yeni ərazilərimizi işğal etmək məqsədilə təmas xətti boyunca, əsasən mülki əhalinin yaşadığı ərazilərə artilleriya atəşləri açıb.  Sentyabrın 27-dən bəri işğalçı Ermənistan ordusunun açdığı atəşlər nəticəsində, 2-si azyaşlı olmaqla 16 nəfər dinc sakin həyatını itirib, 55 nəfər ağır yaralanıb. Dinc əhalinin əmlaklarına külli miqdarda ziyan dəyib.

Azərbaycan ordusu işğalçı qüvvələrin növbəti həmləsini dəf edərək əks-hücum əməliyyatına başlayıb. İşğalçı qüvvələr bütün cəbhə boyu geri çəkilməyə məcbur edilib. Məğlubiyyətə uğrayan işğalçı Ermənistan ordusu çarəni dinc əhaliyə atəş açmaqda görür. Bununla işğalçı ordu əks-hücuma keçən Azərbaycan ordusunun diqqətini yayındırmaq və işğalı daha da uzun müddətə davam etdirmək istəyir.

Ermənistan silahlı qüvvələri artıq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu işğalda saxlayır. Bu işğal nəticəsində Azərbaycanın 1 milyona yaxın vətəndaşı yaşadıqları ərazilərdən qovulub. Onlar 30 ilə yaxındır ki, məcburi köçkündürlər.

Biz, paralimpiya çempionları, dünya ictimaiyyətini Ermənistanın növbəti təxribatlarına susmamağa çağırırıq. Azərbaycan ordusu işğalda olan ərazilərini geri qaytarmaq və evlərindən didərgin düşmüş insanları öz ata yurdlarına qovuşdurmaq üçün mübarizə aparır. Azərbaycan ordusu dinc sakinlərin yaşamaq hüququ uğrunda mübarizə aparır.

Azərbaycanın paralimpiya çempionları olaraq biz dünya ictimaiyyətini Ermənistanın işğalçı siyasətinə qarşı dözümlü yanaşmamağa çağırırıq. Azərbaycanın haqq işini dəstəkləməyə tələb edirik. Bizim ordumuz başqa bir ölkənin ərazilərini işğal etməyib. Bizim işimiz haqq işidir", - deyə bildirilib.

Müraciəti İlham Zəkiyev, Oleq Panyutin, Oloxan Musayev, Afaq Sultanova, Natali Pronina, Ramin İbrahimov və Ramil Qasımov imzalayıblar.

Fanat.Az Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X