10:01 29.12.2020 851

AMADA narkotiklərlə mübarizəyə cəlb edildi

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilib.


Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Fanat.Az-a verilən məlumata görə, tədbirlər planına narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdə mexanizmin təkmilləşdirilməsi, müvafiq qurumlarla əlaqə yaradılması və mövcud beynəlxalq təcrübənin tətbiqi üzrə 4.4.23-1-ci yarımbəndi əlavə olunub.

AMADA bu proqramı icra edən dövlət orqanları siyahısına daxil edilərək, quruma həmin yarımbəndin mütəmadi olaraq icrası tapşırılıb.


Bildirilib ki, narkotik vasitələrin cəmiyyət üçün törətdiyi təhlükəni və bir sıra narkotik tərkibli maddələrin Ümumdünya Antidopinq Agentliyinin Qadağan edilmiş siyahısında mövcudluğunu nəzərə alan agentlik öz fəaliyyətində narkotik maddələrin istifadəsinə qarşı mübarizəyə hər zaman böyük əhəmiyyət verib.

"Dövlət Proqramına edilən müvafiq dəyişikliyə uyğun olaraq AMADA bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək. Antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması məqsədi ilə mütəmadi olaraq bu sahədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur", - məlumatda qeyd olunub.


Xatırladaq ki, 2021-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsində həmçinin test nümunələrində narkotik tərkibli maddə aşkarlanmış idmançılarla bağlı bir sıra müddəalar var. Belə ki, idmançı narkotik vasitələrdən idman göstəricilərini yüksəltmək üçün, yəni dopinq məqsədilə istifadə etmədikdə, ona müəyyən müddətə sanksiya tətbiq edilir. Əgər həmin idmançı könüllü şəkildə müalicə və reabilitasiyaya razı olduqda, onun barəsindəki sanksiyanın daha da yüngülləşdirilməsi nəzərdə tutulur. AMADA narkotik vasitələrdən istifadə edən idmançıların müalicəsi və reabilitasiyası ilə bağlı ölkənin müvafiq səhiyyə qurumları ilə əməkdaşlıq edərək layihələr icra etməyi planlaşdırır.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

Facebookdan bizi izləməyi unutmayın.
X